Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Almaniyanın “Dinamo” klubu Berlin kuboku çərçivəsində növbəti oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin təmsilçisi “Türkiyemspor” klubu ilə qarşılaşıb və  2:1 hesabı ilə qalib gəlib. Dadaşov da bu görüşün iştirakçısı olub. Komandasının hər iki qolunu da məhz millimizin sabiq forvardı vurub.

 

"Dinamo" qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right