Federasiyanı aldatmağa cəhd göstərən klubun 10 xalı silinəcək

Çin Futbol Federasiyası Superliqada çıxış edən "Pekin Qoyan" klubunu cəzalandıra bilər.

Newsport.az-ın məlumatına görə, Pekin təmsilçisi "Vilyerreal"dan Sedrik Bakambunun transferində dələduzluq etməyə çalışıb.

Klub Bakambunun 40 milyon buraxılış qiymətini birbaşa İspaniya klubuna ödəməyib. Bu məbləği 3-cü tərəfə ayıran "Pekin Qoyan" futbolçunun azad agent statusu almasına nail olub. Daha sonra Bakambu ilə rəsmi müqavilə imzalanıb. Çin klubunun nə üçün belə etməsi heç kimə sirr deyil.

Belə ki, ölkədə bahalı legionerlərə görə klublardan 100% vergi tutulur. Klubun federasiyanı aldatmaq cəhdi onun aktivindən 10 xal silinməsi ilə nəticələnə bilər. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right