“Atletiko Madrid” yeni transfer üçün fəaliyyətə keçib.
Newsport.az xəbər verir ki, “ağ-qırmızılar” Almaniyanın “Leypziq” klubunun futbolçusu Timo Verneri heyətinə qatmaq üçün almanlarla danışıqlara başlayıb. Klub rəsmiləri artıq, 21 yaşlı futbolçunun bir neçə oyununu da izləyiblər.
Qeyd edək ki, Verner 2016-cı ildən “Leypzinq”in şərəfini qoruyur.