"Liverpul"dan müəmmalı transfer

“Liverpul” qış transfer pəncərəsinin bağlanmasına az qalmış heyətini daha bir oyunçuyla gücləndirib.

Newsport.az xəbər verir ki, “qırmızılar” Kolumbiyanın “Fortaleza CEİF” klubunun yetirməsi, 18 yaşlı Anderson Arroyonu heyətinə cəlb edib. Lakin yarımmüdafiəçi bir il “Liverpul”un formasını geyinə bilməz.

Belə ki, Anderson İngiltərədə işləmək icazəsi almaq üçün, bir il müddətində başqa ölkədə oynamalıdır. Bunun üçün də “Liverpul” klubu gənc futbolçuyla razılığa gəldikdən sonra, Andersonu İspaniyanın “Malyorka” klubuna 1,5 illik müddətinə icarəyə verib.

Qeyd edək ki, Arroyo Kolumbiyanın gənclərdən ibarət millisinin də üzvüdür. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right