“Ronaldinyo itib!”

Meksikanın “Keretaro” klubunun yeni transferi Ronaldinyo bu dəfə fərqli şəkildə gündəmə gəlib.

Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, braziliyalı oyunçu artıq 15 gündür məşqlərdə iştirak etmədiyi üçün axtarışa verilib.
 
Klubun prezidenti Arturo Villanueva futbolçu barədə qəzetlərdə elan yerləşdirib. Elanda Ronaldinyonun itkin düşdüyünü və oyunçunu görənlərdən klub nümayəndələrinə məlumat vermələrini xahiş edib. Villanueva deyib ki, Ronaldinyo xəbərsiz komandanın düşərgəsini tərk etdiyi üçün cəzalandırılacaq.

Meksika mətbuatı isə iddia edib ki,  “Keretaro” yalnız forma satışı üçün Ronaldinyo ilə müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right