"Çelsi" heyətini daha bir futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Lodon təmsilçiləri "Roma"nın braziliyalı futbolçusu Emersonla razılığa gəliblər. 23 yaşlı futbolçuyla 4,5 illik müqavilə imzalayan "Çelsi" bu transfer üçün 20 milyon avrosundan keçib.
Qeyd edək ki, Emerson 2015-ci ildə Braziliyanın "Santos" klubundan "Roma"ya transfer olunub.
