La Liganın 21-ci turu çərçivəsində "Barselona" doğma meydanda "Alaves"i qəbul edib. (2-1)
Newsport.az xəbər verir ki, bu görüş klubun argentinalı futbolçusu Lionel Messi üçün əlamətdarlığı ilə seçilib. Belə ki, oyunda fərqlənərək komandasına qələbə qazandıran ulduz oyunçu, bununla da karyerası ərzində 21-ci dəfə primeyroda cərimə zərbəsindən fərqlənib.
Qeyd edək ki, son göstəricilərə görə, o, əzəli rəqibi Kriştiano Ronaldonu qabaqlayır. "Real Madrid"in portuqaliyalı futbolçusu primeyrolarda 20 dəfə fərqlənib.