Almaniyanın “Ştutqart” klubu baş məşqçi Hannes Volfla yollarını ayırdığını açıqlayıb.
Newsport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Klubun son zamanlardakı vəziyyəti prezident Volfqanq Dietriçi razı salmadığı üçün o, 36 yaşlı mütəxəssislə müqaviləyə son qoyub. Ştutqart təmsilçisi artıq yeni məşqçi axtarışlarına da başlayıb. Yaxın günlərdə bu posta kimin gətiriləcəyi məlum olacaq.
2016-cı ildə komandanın sükanı arxasına gətirilən Volf ilin sonunda klubu 2-ci Liqadan, "Bundesliqa"-ya küsəltməyi bacarmışdı.
Xatırladaq ki, “Ştutqart” Bundesliqanın 20 turundan sonra 15-ci pillədə qərarlaşıb.