PSJ-dən şok iddia

Fransanın PSJ klubu daha bir şok iddia ilə gündəmə gəlib.

Newsport.az xəbər verir ki, klubun qatardan olan prezidenti Naser El Halifi "Mançhester Siti"nin hazırki çalışdırıcısı Pep Qvardiolanı komandanın sükanı arxasına gətirməyi düşünür. Bu haqda İngiltərə mətbuatı yazıb. Belə ki, 2019-cu ilin sonunda müqaviləsi başa çatacaq Qvardiola üçün Paris təmsilçisi illik 34 milyon avro maaş təklif edib. "Mançhester Siti" ilə uğurlu mövsüm keçirən 45 yaşlı çalışdırıcının kollektivi hal-hazırda İngiltərə Premyer Liqasında, 24 turdan sonra, 65 xalla vahid liderdir. 

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançhester Siti"nin sükanı arxasındadır və "şəhərlilər" ona illik 17 milyon avro məvacib ödəyir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right