İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.
Newsport.az-ın məlumatına görə, "şəhərlilər" belçikalı futbolçusu Kevin de Brüyne ilə yeni sözləmə imzalayıb. Müqavilənin şərtlərinə görə, 26 yaşlı yarımmüdafiəçi 2023-cü iilin yayında qədər "Mançester Siti"nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, De Brüyne "Mançester Siti"yə 2015-ci ildə "Volfsburq"dan transfer olunub.