Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Newsport.az xəbər verir ki, Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Erfurt”la qarşılaşan həmyerlimizin komandası, 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Nazarov meydana ikinci hissədə daxil olub.