Riberi: "Hər kəs üzümə baxır və mənə çirkin deyir"

Almaniyanın "Bavariya" klubunun fransız ulduzu Frank Riberi üzündə olan qalıcı izin buraxdığı qəzanın detalları barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Riberi insanların ona üzündəki izlərə görə çirkin göründüyünü deyib:

"Qəzanı iki yaşımda keçirtdim və bu yara indiki xarakterimdə və gücümdə mənə böyük ilham verdi. Getdiyim hər yerdə insanlar mənə baxır: "Üzünə bax, necə də çirkindir" deyirlər. Artıq buna öyrəşmişəm. Bunun səbəbi futbolçu olmağım, ya da başqa bir şey deyil, sırf olaraq bu yaradır. Bu hadisə səbəbilə çox acı çəkdim, ancaq heç vaxt ağlamadım. Ancaq həqiqətən vaxt keçdikcə çox acı çəkirdim".

Doğumundan sonra Riberi ailəsi tərəfindən tərk edilərək uşaqlığının Fransa küçələrində davalarla keçdiyini və indiki yerlərə gəlmək üçün çox acı çəkdiyini vurğulayıb. Riberi çətin gənclik dövrlərindən bu günə kimi indiki həyat yoldaşı Valida Belhaminin həyatının ən böyük şansı olduğunu deyir. Belə ki, Riberynin müsəlman olmağının səbəbkarı həyat yoldaşıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right