"Bavariya"dan daha bir rekord

Almaniyanın "Bavariya" klubu daha bir rekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi Bundesliqanın geridə qalan 17 turunda qapısında cəmi 4 top görüb.

Dünən səfərdə "Maynz"a 2:1 hesabı ilə qalib gələn "Bavariya" Bundesliqa tarixində mövsümün ilk yarısında ən az qol buraxan komanda olub.

2003/2004 mövsümündə "Ştuttqart" və 2012/2013 mövsümündə isə "Bavariya" Bundesliqanın ilk yarısında qapısında 7 qol görmüşdü. Pep Qvardiolanın komandası bu mövsümün daha az top buraxaraq Bundesliqanın tarixinə düşüb.

Qeyd edək ki, "Bavariya" bu mövsüm Bundesliqada keçirdiyi 17 oyunun 14-də qalib gəlib, üç görüşdə heç-heçə oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right