Ərəb nazirdən, maraqlı açıqlama

Mərakeşin sənaye naziri Mulay Hafid Elalami maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, İspaniya mətbuatında yer alan məlumatlara görə, nazir, ölkəsinin 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək fikrində olduqlarını bildirib: "biz 2026-cı ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi etmək niyyətindəyik. Bununla bağlı kral VI Məhəmmədin adından FİFA-ya rəsmi müraciət də ünvanlamışıq".

Qeyd edək ki, Mərakeş DÇ-2026-nı tək keçirmək istəmir. Belə ki, bu ölkə mundiala İspaniya ilə birgə ev sahibliyi etmək fikrindədi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right