"Neftçi"nin sabiq futbolçusu Nikolas Kanalesin yeni klubu məlum olub.
Newsport.az-ın məlumatına görə, çilili forvard ölkəsinin "Reyncers" klubu ilə müqavilə imzalayıb. "Reyners" Çili Primera B Divizionunda autsayder komandadır.
Qeyd edək ki, Kanales 2012-2013 və 2014-2015 mövsümlərində, eləcə də 2016-cı ildə "Neftçi"də çıxış edib.