Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.
Newsport.az xəbər verir ki, bu siyahıda ölkəmizi 4 klub təmsil edir. "clubworldranking”in açıqladığı siyahıya görə, son ölkə çempionu "Qarabağ" 1169 xalla, 541-ci yerdə qərarlaşır. Qarabağlılar bu siyahıda bir pillə irəliləyiblər. Digər təmsilçiniz "Keşlə” 368 xalla 781-ci pillədədir. "Qəbələ” (255 xal) 822-ci, "Zirə” isə 217 xalla 844-cüdür.
Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. "Real” 17500 xalla 1-ci, "Barselona” 15970 xalla 2-ci, "Atletiko” 13383 xalla 3-cüdü.