İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, “Mançester Siti”nin ispaniyalı çalışdırıcısı Pep Qvardiola bütün rəqiblərini qabaqlayaraq birinciliyi əldə edib. Nəzərinizə çadıraq ki, ardıcıl 4-cü dəfə ayın ən yaxşı seçilən Qvardiola bununla da Premyer Liqa tarixinə düşüb.
Qeyd edək ki, 46 yaşlı mütəxəssisin kollektivi Premyer Liqada 22 turdan sonra 62 xalla turnir cədvəlində dominantlıq etməyə davam edir.