Argentinalı futbolçu Lionel Messi İspaniya kuboku tarixinin ən yaxşı 10 bombardiri siyahısına daxil olub.
Newsport.az xəbər verir ki, kubokun 1/8 finalında "Selta"ya qarşı cavab matçında (5:0) dubla imza atan ulduz futbolçu bu turnirdə vurduğu qolların sayını 46-ya çatdıraraq, bombardirlər siyahısında 10-cu pilləyə yüksəlib.
Qeyd edək ki, bu siyahıda liderlik, "Atletik Bibao"nun keçmiş futbolçusu Telmo Sarraya məxsusdur. (81 qol)