"Arsenal"ın futbolçusu Fransiz Koklen yoluna İspaniyada davam edəcək.
Newsport.az xəbər verir ki, bu haqda İngiltərə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 26 yaşlı dayaq yarımmüdafiəçisi, "Valensiya" ilə 2022-ci ilə kimi müqavilə imzalayıb. "Yarasalar" bu keçid üçün 14 milyon funt-sterlinqindən keçib.
Qeyd edək ki, fransalı futbolçu "Arsenal"ın heyətində 105 oyuna çıxıb.