"Barselona" daha bir futbolçu ilə heyətini gücləndirib.
Newsport.az xəbər verir ki, onlar "Palmeyras"ın müdafiəçisi Yerri Mina ilə razılığa gəlib. Yerri ilə 2023-cü ilə qədər müqavilə imzalayan katalonlar, 23 yaşlı oyunçuya 100 milyon avro qiymət qoyublar.
Qeyd edək ki, transfer üçün "Barsa" Braziliya təmsilçisinə 11 milyon 800 min avro təzminat ödəyib.
