"Konfederasiyalar kuboku-2017"nin başlama vaxtı müəyyənləşib.
Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Rusiyanın ev sahibliyi edəcək turnirə 2017-ci il, iyunun 17-i start veriləcək. Konfederasiyalar kubokuna iyulun 2-i isə yekun vurulacaq.
Qeyd edək ki, "Konfederasiyalar kuboku-2017"nin matçları Rusiyanın Moskva, Sankt-Peterburq, Soçi və Kazan şəhərlərində oynanılacaq.