“Mənə görə, Qurban Qurbanov Azərbaycanda ən güclü mütəxəssdi"

Moldova millisinin sabiq üzvü Dan Pisla yanvarın 30-da Antalyada Azərbaycanla baş tutacaq yoxlama oyunundan danışıb.

Newsport.az-ın məlumatına görə, vaxtilə ölkəmizdə çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi qol.az-a açıqlamasında yığmamızın hazırda Moldovadan güclü olduğunu bildirib:

“Əvvəlcə onu deyim ki, maraqlı oyun olacaq. Hazırda Azərbaycan millisi bizdən güclüdür. Amma mən Moldovaya azarkeşlik edəcəm”.

Azərbaycanda “Standard”, “Muğan” və “Turan” klublarının formasını geyinmiş təcrübəli futbolçu Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasına da münasibət bildirib:

“Mənə görə, Qurban Qurbanov Azərbaycanda ən güclü mütəxəssdi. Əslində tək mən yox, hamı belə düşünür. İndiki məqamda milli üçün ideal seçimdir. Gələcəkdə necə olacaq, bunu zaman göstərəcək”.

2007-2010-cu illər mövsümündə “Standard” (37 oyun, 7 qol), 2010-2011 mövsümündə “Muğan” (13 oyun, 1 qol), 2012-ci ildə isə “Turan” (12 oyun) klublarının şərəfini qoruyan Pisla Moldova millisində 1 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right