"Barselona" fransalı ulduzla 5 illik müqavilə imzalamaq istəyir

"Barselona" "Atletiko"nun futbolçusu Antuan Qrizmanna yeni müqavilə təklif edib.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubu fransalı oyunçu ilə 5 illik müqavilə imzalamaq istəyir.

O, bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 15 milyon avro qazanacaq. "Barsa"da Luis Suares də eyni məbləğdə maaş alır.

Xəbərdə o da qeyd olunub ki, A.Qrizmann "Barselona"nın təklifini qəbul etməyə hazırdı. A.Qrizmannın "Atletiko" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right