Serbiyada ilin ən yaxşıları müəyyənləşib.
Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Serbiya Futbol Federiyasının ilin ən yaxşı futbolçusuna verdiyi "Qızıl top" mükafatının budəfəki qalibi "Çelsi"nin oyunçusu Nemanya Matiç olub.
Ən yaxşı məşqçi adına isə ölkənin milli komandasının çalışdırıcısı Radovan Çurçiç layiq görülüb.
Qeyd edək ki, ötən il Serbiyanın ən yaxşı futbolçusu Branislav İvanoviç ("Çelsi") seçilmişdi.