Mövsümün sonunda “Arsenal”la müqavilə müddəti başa çatacaq Aleksis Sançes “Mançester Siti” ilə razılığa gəlib.
Newsport.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə çilili futbolçunun “şəhərlilər”in heyətində ilinə 13 milyon funt-sterlinq qazanacağı qeyd edilib. Mançester təmsilçisi illik məvacibdən əlavə, Sançesə 30 milyon funt-sterlinq transfer məbləği də ödəyəcək.
Xatırladaq ki, Aleksis Sançes “Arsenal”a 2014-cü ildə “Barselona”dan transfer olmuşdu. “Topçular” onun transferi üçün Kataloniya təmsilçisinə 42,5 milyon avro ödəmişdi.