Çili millisinin baş məşqçi Reynaldo Rueda ilə anlaşdığı barədə məlumat vermişdik.
Newsport.az xəbər verir ki, Çili Futbol Federasiyası kolumbiyalı mütəxəssisin təyinatını rəsmən açıqlayıb. Müqaviləyə əsasən, Rueda DÇ-2022-nin seçmə mərhələsinin sonuna kimi Çili millisinin baş məşqçisi olacaq. Yığma Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacağı təqdirdə, bu müddət bir qədər də uzadıla bilər.
Məşqçi karyerası ərzində Ekvador, Kolumbiya, Honduras kimi milliləri də çalışdırmış 60 yaşlı mütəxəssis, bir dəfə mundialın iştirakçısı olub. Honduras millisi 2010-cu ildə, CAR-da təşkil edilən dünya çempionatında məhz Ruedanın rəhbərliyi altında çıxış edib.