Çinlilərdən Obameyanq üçün təklif

Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq Çin klublarının diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb. Xəbərdə Çin Super Liqa təmsilçisi “Quançjou Everqrande”nin qabonlu forvardın xidmətində maraqlı olduğu, onun transferi üçün Dortmund klubuna 70 milyon avro təklif etdiyi vurğulanıb. Klub futbolçunun özünə isə illik 18 milyon avro vəd edir.

28 yaşlı hücumçunun xidmətində Çinin digər təmsilçisi “Beyinq Quoan” da maraqlıdı. Bu klubun “Borussiya”ya nə qədər təklif etdiyi açıqlanmasa da, bir müddətdi Bundesliqa təmsilçisi ilə danışıqlar apardığı qeyd edilib.

Obameyanq cari mövsümdə şans qazandığı 23 matçda 21 qola imza atıb.

Bir müddət öncə afrikalı hücumçunun xidmətində “Real”ın maraqlı olması barədə xəbərlər yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right