"Mən elə insanam ki"... Ansi Aqolli

“Qarabağ”ın müdafiəçisi və Albaniya millisinin üzvü Ansi Aqolli milli komandasının 2017-ci ildəki çıxışını dəyərlənidirib.

Newsport.az xəbər verir ki, 35 yaşlı futbolçu ölkəsində televiziya kanallarının birinə verdiyi müsahibəsində, ötən il heç də pis çıxış etmədiklərini bildirib: “Geridə qoyduğumuz il, bizim üçün uğurlu oldu. Mən elə insanam ki, özümdən razı olmağı xoşlamıram. Yəni, komandamın çıxışlarına, qazandığı nəticələ yox, özümə tənqidlə yanaşıram. Biz DÇ-2018-in seçmə mərhələsini 3-cü pillədə başa vurduq. Hansı ki, çətin rəqiblərlə bir qrupda yer almışdıq. Millimizin ötənilki çıxışı 7 bala layiqdir”.

Qeyd edək ki, Aqolli 2005-ci ildən Albaniya millisində çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right