"Barselona"dan növbəti transfer

Yaxın günlərdə heyətini Filippe Koutinyo ilə gücləndirən "Barselona" növbəti transferini gerçəkləşdirməyi planlaşdırır.

 

Newsport.az xəbər verir ki, bu idia ilə İspaniya mətbuatı çıxış edib. Məlumatda bildirilir ki, Braziliyanın "Palmeyras" klubunda forma geyən Yerri Mina karyerasını "Barselona"da davam etdirəcək. "Barselona" 23 yaşlı müdafiəçi üçün 12 milyon avro ödəməyə hazırdır. Transferin yaxın günlərdə gerçəkləşəcəyi deyilir.

 

Qeyd edək ki, bu keçid baş tutduqdan sonra Xavyer Maskeranonun Çinin "Hebey Fortun" klubuna transfer rəsmiləşə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right