Yaxın günlərdə “Liverpul”dan “Barselona”ya transfer olan Filipe Koutinyo Kataloniya klubu tarixinin ən bahalı keçidi olub.
Newsport.az xəbər verir ki, transferin qiyməti rəsmi olaraq açıqlanmasa da, "Barselona"nın braziliyalı futbolçu üçün 150 milyon avro təzminat ödədiyi bildirilir. Bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Belə olduğu halda isə bu keçid kataloniya klubu tarixinə ən bahalı transfer olaraq düşüb.
Qeyd edək ki, "Barselona"nın bu günə qədər ən bahalı transferi “Borussiya”dan (Dortmund) 105 milyon avroya alınan Usman Dembele idi.