İspaniyada alman klublarının sınaq oyunu qeyri-adiliyi ilə yadda qalıb.
Newsport.az xəbər verir ki, "Ayntraxt"la “Aue”nin görüşü 3 hissədən ibarət olub. Belə ki, Frankfurt təmsilçisinin baş məşqçisi Niko Kovaçın xahişi ilə komandalar meydanda əlavə 45 dəqiqə mübarizə aparıblar. Bununla da xorvatiyalı mütəxəssis sərəncamında olan 24 futbolçunun hamısının xidmətindən yaralana bilib. Görüş millimizin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu “Aue”nin 3:1 hesablı məğlubiyyəti ilə sonlanıb.
Qeyd edək ki, Nazarov meydana əvəzetmədən daxil olub.