"Zirə"nin sabiq futbolçusunun yeni klubu müəyyənləşib

"Zirə"nin sabiq futbolçusu Nelson Bonilyanın yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, salvadorlu hücumçu Tailandın "Suxotay" klubuna transfer olunub. "Zirə" azarkeşlərinin sevimlisi olan forvard açıqlamasında Azərbaycanda çıxış etdiyi kimi oynamaq istədiyini bildirib.

Qeyd edək ki, Bonilya 2015/2016 mövsümündə "Zirə"nin şərəfini qoruyub. 27 yaşlı hücumçu Topaz Premyer Liqasında 14 qol vuraraq "Zirə" tarixinin bombaridiri adına yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right