"Traktor Sazi" heç-heçə etdi

Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Təbrizin “Traktor Sazi” klubu evdə “İstiqlal”la qarşılaşıb. Matç qolsuz bərabərliklə nəticələnib.

Şəhərin digər təmsilçisi “Göstəriş Fulad” isə səfərdə “Sepidrood”u 2:1 hesabıyla məğlub edib.

Qeyd edək ki, 18 oyundan sonra hesabında 26 xal olan “Göstəriş Fulad” 7-ci, 21 xala malik “Traktorsazi” isə 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right