Xəbər verdiyimiz kimi, yaxın günlərdə yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqvoina millisində baş məşqçi postuna təyin olunub.
Newsport.az -ın məlumatına görə, mütəxəssisin yeni komandasında illik məvacibi müəyyənləşib. 49 yaşlı çalışdırıcı ilə 180 min avro (aya 15 min avro) qazancaq. Nəzərinizə çatdıraq ki, bu rəqəm onun millimizdəki qazancından 5,5 dəfə azdır. Əlavə olaraq bildirək ki, Prosineçki Bosniya və Herseqovinanı AÇ-2020-nin final mərhələsinə yüksəldə bilsə, 300 min avro mükafat alacaq.
Qeyd edək ki, mütəxəssis 2014/2017-ci illərdə millimizin sükanı arxasında olub.