Bir zamanlar "Keşlə"ni çalışdırmış Zaur Svanadzenin yeni iş yeri müəyyənləşib.
Newsport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Gürcüstanın "Dinamo" (Tiflis) klubunda çalışacaq. O, baş məşqçisi Kaxa Katçaravanın köməkçisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Svanadze 2016-cı ilin yayından 2017-ci ilin oktyabrına kimi "Keşlə"nin baş məşqçisi olub.