Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi təyin edilən Robert Prosineçki köməkçilərini seçib.
Newsport.az xəbər verir ki, yığmamızda Prosineçkinin yardımçıları olan Qordan Çipriç və Draqan Spasiç bu dəfə də xorvatiyalı mütəxəssisi tək buraxmayacaqlar. Nəzərinizə çatdıraq ki, onlardan başqa, Kenan Hasaqiç və Elvir Rahimiç də məşqçilər korpusunda yer alacaqlar.
Qeyd edək ki, 49 yaşlı Prosineçki 2014/2017-ci illərdə millimizin baş məşqçisi olub.