Millimizin üzvü heyətə alınmadı

Almaniyanın "Ayntraxt" klubu mövsümün ikinci yarısının hazırlıqlarına start verib.

 

Newsport.az xəbər verir ki, Frankfurt klubu 30 nəfərlik heyətlə İspaniyanın Mursiya şəhərində hazırlıq keçir. Komandanın baş məşqçisi Niko Kovaç daha öncə əsas komanda ilə məşqlərdə iştirak edən millimizin üzvü Renat Dadaşovu toplanışa cəlb etməyib. Getdikcə performansı aça bilməyən hücumçu əsas heyətin məşqlərinə az hallarda dəvət edilir. 18 yaşlı futbolçu U-19 komandasında hazırlaşacaq.

 

Qeyd edək ki, Renat Dadaşov ötən ilin qış transfer pəncərəsində "Leyptsiq"dən "Ayntraxt"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right