Koutiniyo "Liverpul"da oynamaqdan imtina edib?

İngiltərə kubokunun 3-cü mərhələsində “Everton”la qarşılaşacaq “Liverpul”da ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, “qırmızılar”ın yarımmüdafiəçisi Filippe Koutinyo derbi oyununu buraxmalı olacaq. Bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Zədəli olan braziliyalı futbolçunun kubok oyununu buraxacağı qeyd edilib. Lakin Koutinyonun “Everton”la oyunu buraxmasına başqa bir səbəb də göstərilir. Belə ki, 25 yaşlı futbolçu klub rəhbərliyi onu “Barselona”ya transfer olmağa icazə vermədiyinə görə, bu matçı boykot edib.

“Liverpul” - “Everton” matçı yanvarın 5-də, saat 23:55-də keçiriləcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right