“Real” bu gün İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyun günü səfərdə “Numansiya”nın qonağı olacaq.
Newsport.az xəbər verir ki, “kral klubu” Sequnda təmsilçisi ilə matça iki əsas lideri olmadan çıxacaq. Belə ki, baş məşqçi Zinəddin Zidan kubok görüşündə komandanın əsas üzvləri Serxio Ramos və Kriştiano Ronaldonun xidmətinə ehtiyac duymayıb. Hər iki futbolçu “Numansiya” ilə səfər oyunu üçün açıqlanmış heyətə daxil edilməyib.
Qeyd edək ki, “Numansiya” - “Real”la bu gün saat 00:00-da start götürəcək.