İngiltərə Premyer Liqasının bombardiri Harri Keyn "Tottenhem"i tərk edə bilər.
Newsport.az xəbər verir ki, Madridin "Real" klubunun transfer hədəfində olan ulduz futbolçu paytaxt klubundan ayrılmaq niyyətindədi. Bu barədə məlumatı komandanın baş məşqçisi Maurisiyo Paçettino verib. O, 24 yaşlı forvardın komandanı tərk etmək ehtimalı olduğunu bildirib: "Bəli, Keyn komandanı tərk etmə ehtimalı var. Keyn Modriç və Beyl kimi düşünüb komandamızdan gedə bilər".