"İki gündən bir oyun oynamaq normal deyil" Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvarsiola iki gündən bir oyun oynamalarını tənqid edib.

Newsport.az xəbər verir ki, ispan mütəxəssis futbolçuların zədələnməsinin səbəbinin sıx qrafiklə bağlı olduğunu deyib. 46 yaşlı mütəxəssis Premyer Liqanın 22-ci turunda "Uotford"la matçdan (3:1) sonra çempionatın təqvimindən şikayətlənib: "Kayl Uolker tibbi müayinədən keçəcək. Kiçik bir problemi ola bilər. Hər kəs son həftələrdə nə qədər çox zədələrin olduğunu görür. Futbolçuları öldürəcəyik. Federasiya rəsmiləri nəsə etməlidi. İki gündən bir oyun oynamaq normal deyil".

 

Qeyd edək ki, son gün sıxqrafikıə oyunlar zamanı "Şəhərlilər"in futbolçuları Menjamin Mendi, Qabriel Jesus, Kevin de Bruyn və Kayl Uolker zədələnib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right