“Barselona”nın müdafiəçisi Samuel Umtiti karyerası haqda danışıb.
Newsport.az xəbər verir ki, “Mançester Siti”nin maraq dairəsində olan fransalı futbolçu bildirib ki, "Siti"yə getməy fikrində deyil. “Barselona”da qalmağı üstün tutan 24 yaşlı futbolçu, kataloniyalıların heyətində titullar qazanmaq arzusunda olduğunu bildirib.
Bir müddət öncə “Mançester Siti”nin Umtitiyə görə 60 milyon avro ödəməyə hazır olduğu haqda xəbər yayılmışdı.