İspaniya La Liqasında 2017-ci ildə klubların televiziyadan əldə etdikləri gəlir müəyyənləşib.
Newsport.az xəbər verir ki, bunların arasında, “Barselona” 146 milyon avro qazancla birinci, "Real Madrid 140 milyon avro qazanaraq ikinci, 3-cülüyü isə 90 milyon avro gəlirlə "Atletiko Madrid" qapayır. Ümumilikdə isə La Liqada çıxış edən 20 klub, teleyayımdan 1 milyard 247 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, bu göstərici 2016-cı ilə nisbətən 10 milyon avro çoxdu.