Çin klubu 40 milyon avroluq transferə hazırlaşır

Vilyarreal"ınn futbolçusu Sedrik Bakambu karyerasını Çində davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə İspaniyanın AS qəzeti məlumat yayıb. Pekinin "Quoan" klubu Bakambunun müqaviləsindəki 40 milyon avro dəyərində olan satış opsiyasını aktivləşdirməyə hazırdır. Forvardın yeni komandada məvacibi bir neçə dəfə arta bilər.

Bu səbəbdən də Bakambu hazırda Çin klubunun təklifini qəbul etmək fikrindədi. Transferin baş tutması tam olaraq futbolçunun arzusundan aslıdır.

"Vilyarreal"ın baş məşqçisi Xavi Kallexa da keçidin reallaşacağını təsdiqləyib: "Transferin bitməsini gözləyirik. Sərbəst qalmaq məbləği var. Çin klubu o məbləği ödəməyə razı oldu".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right