Uruqvayın "Penarol" klubunun oyunçusu Lukas Vyatri ciddi şəkildə yaralanıb.
Newsport.az xəbər verir ki, argentinalı futbolçu yeni il şənliyi zamanı xəsarət alıb. Belə ki, 30 yaşlı hücumçunun sifətində fişəng partlayıb. Pirotexniki vasitələr Argentina millisinin sabiq futbolçusunu ciddi şəkildə yaralayıb.
Qeyd edək ki, futbolçu 3 ay yaşıl meydanlardan kənar qalacaq.
