"Barselona"nın futbolçusu karyerasına son qoydu və yoxa çıxdı Foto

İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasına nöqtə qoyub.

 

Newsport.az xəbər verir ki, 35 yaşlı qolkiper, "twitter" sosial hesabında "Hər şey üçün təşəkkürlər" yazaraq, paylaşımın ardından sosial şəbəkə hesablarındakı bütün fotolarını silib. İspaniya mətbuatının iddiasına görə O, daha çox ailəsinə vaxt ayırmaq üçün bu addımı atıb.

 

Qeyd edək ki, Valdes "Barselona"nın yetirməsidir və 2014-cü ilə kimi çıxış etdiyi bu komandada 387 oyun keçirib. O, "Mançester Yunayted", "Standard" və "Midlzbro" klublarında da oynayıb. Valdes İspaniya millisində 20 dəfə forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right