"Ola bilsin, nə vaxtsa fikrimi dəyişdim” Messi

“Barselona”nın futbolçusu Lionel Messi maraqlı açıqlamaları ilə diqqət çəkib.

Newsport.az xəbər verir ki, məşhur futbolçu Serbiyanın “Blic Online” nəşrinə müsahibəsi zamanı bildirib ki, karyerasını başa vurduqdan sonra, özünü məşqçi kimi sınamaq fikrində deyil. “Düzü, gələcəkdə məşqçi olmaq haqda düşünmürəm. Lakin, irəlidə nə olacağını bilmək olmaz. Ola bilsin, nə vaxtsa fikrimi dəyişdim”.

 Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatır.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right