İngiltərənin “Lester” klubu nəhayət ki, portuqaliyalı yarımmüdafiəçi Adrien Silvanı heyətinə qatmağı bacarıb.
Newsport.az xəbər verir ki, sözügedən futbolçu hələ 2017-ci ilin avqust ayında, Portuqaliyanın "Sportinq" klubundan Premyer Liqa klubuna keçmişdi. Lakin FİFA-ya göndərilən sənədlər 14 saniyə gecikdirildiyinə görə, “Lester” yeni transferini sifariş edə bilməmişdi. Lakin avropada transfer pəncərəsi bağlanan kimi, "Lester"in də həsrətinə son qoyub.
Belə ki, komanda artıq futbolçunu transfer edib və Silva “Lester”də debüt matçına da çıxıb. O, ötən gün Premyer Liqanın 22-ci turu çərçivəsində “Haddersfild”lə ev oyununun 83-cü dəqiqəsində meydana daxil olub.