“Mançester Yunyated”in isveçli ulduzu Zlatan İbrahimoviç yenidən zədələnib.
Newsport.az xəbər verir ki, “Sauthempton”la oyundan sonra baş məşqçi Joze Mourinyo açıqlamasında bildirib ki,İbra məhz zədə səbəbində bu qarşılaşmada forma geyməyib. Mourinyo qeyd edib ki, Zlatan yenə dizindən xəsarət alıb və yaşıl meydanlara növbəti dönüşü bir ay çəkəcək.
Qeyd edək ki, isveçli futbolçu bundan əvvəl də dizindən aldığı zədə səbəbindən 9 ay futboldan kənarda qalmışdı.