İspaniyanın “Las Palmas” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, La Liqa təmsilçisi hücumameylli yarımmüdafiəçi Xayro Samperionu heyətinə qatıb. Bu haqda Samperio özü sosial şəbəkədə açıqlama verib. Tərəflər arasında yarım illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Las Palmas” 24 yaşlı futbolçunu qarşıdakı günlərdə rəsmən ictimaiyyətə təqdim edəcək.